Nazirlər Kabinetinin 2010-cu il 28 iyul tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”da dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu qərarı Baş nazir Novruz Məmmədov 2 avqust tarixində imzalayıb.
Qərara görə, “Kredit büroları haqqında” ilə bağlı həmin qaydanın 4.2.5-ci
yarımbəndi redaksiya verilib.
Belə ki, “benefisiarın kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və digər borcları haqqında məlumat.” cümləsi “kredit bürosundan benefisiara aid kredit hesabatı, həmçinin benefisiarın kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumat.” redaksiyası verilib.