10 C
Baku
Thursday, December 12, 2024

Avstraliya haqqında maraqlı faktlar

Biz sizə bu məqalədə Avstraliyada yaşayan bir oğlanın tərtib etdiyi faktlar siyahısını təqdim edirik.

1. 1979-cu ildən etibarən zəhərli qurdlardan burada heç kim ölməyib. Mən burada yaşadığım müddətdə mənim evimdə və evimin qarşısında iki zəhərli qurd aşkar olunmuşdu. Çox qəribədir, Avstraliya əhalisi onlara qarşı çox laqeyd yanaşır.

2. 70-ci illərdə Avstraliya həmçinin malyariyaya da qalib gəlmişdi.

3. Bəzən köpək balıqları kimisi dişləyirlər. Son 50 ildə köpək balıqlarının dişləməsindən Avstraliyada 53 nəfər vəfat edib. Orta hesabla, bir il ərzində köpək balıqlarından bir nəfər ölür.

4. Həyat səviyyəsinə görə Avstraliya ilk onluğa daxildir.

5. Avstraliyanın “milli” yeməyi Vegemite-dir. O, çox duzlu olur. Vecimayti hər kəs sevmir.

6. Avstraliyanın digər yerli yeməyi Meat Pie-dir. Bu səbət şəklində düzəldilmiş ət kökələridir.

7. Avstraliyanın mədəniyyət ikonu Steve Irwin hesab edilir. Siz onu tanıyırsınız. Hal- hazırda Stiv İrvinin qızı heyvanlar haqqında uşaq verilişi aparır. O, məşhur Avstraliya təbiətşünası, jurnalisti və heyvanlar aləmi haqqında çoxsaylı filmlərin müəllifidir.

8. Avstraliyanın ekvatora yaxın yerləşməsinə baxmayaraq Melburn isti şəhər deyil. Yayda burada temperatur 20–30°C, qışda isə gecə +4, səhər isə +15°C olur.

mozaic

Burada hava dəyişkən olur, daha çox küləkli olur.

9. Lakin Avstraliyada gün çox kəskin olur.

10. Avstraliyada bir neçə il ərzində çox az yağış yağırdı və səhralar genişlənirdi.

Avstraliyalılar Avstraliyanın tamamilə quruyacağı haqqında narahat olurdular. Lakin 2010- 2011-ci illərdə yağış çox yağır və təbiət qısa bir zamanda bərpa olunur.

11. Avstraliyanın iqtisadiyyatı qazın, filizin ixracı ilə sabitlənir.

12. Avstraliyada təxminən 20 milyon taxıl yetişdirilir. Bu təxminən ölkənin hər bir sakininə bir ton taxıl düşür.

Taxılın əksər hissəsi ixraca gedir. Kənd təsərrüfatına əhalinin 3,6%-i cəlb olunub. Kənd təsərrüfatında əməyin məhsuldarlığı çox yüksəkdir.

13. Avstraliyada sağlamlığın mühafizəsi qəribə bir sistem ilə çalışır. Məsələn, həkimlər hətta uşaq üçün belə çağırışa gəlmirlər. Təbii ki, burada təcili yardım var, lakin o, ciddi və fövqaladə hallar üçün nəzərdə tutulub. Əgər sizin uşağınız xəstələnibsə, siz uşağınızı götürüb həkimə getməlisiniz.

Lakin qeyd edək ki, Avstraliya əhalisi nadir hallarda xəstələnir və uzun ömürlü olurlar.

14. Avstraliyada bəzən mağazalarda alış-veriş zamanı məhsulların qiymətini salmaq mümkün olur.

15. Burada seçkilərdə iştirak etmək mütləqdir. Əks halda, sizi cərməyələcəklər. Avstraliyada yalnız 4 ildən sonra vətəndaşlıq verirlər.

16. Ölkənin başçısı Britaniyanın kraliçası hesab edilir. Sikkələrin üzərində o, əks olunur.

17. Avstraliyada hərəkət sol tərəflidir. Avtomobillər, isə müvafiq olaraq, sağ sükanlıdırlar.

18. Burada yollar yaxşı vəziyyətdədir. Avstraliyada çox insan velosiped ilə hərəkət edir.

19. Avstraliyada immiqrantları çox normal qarşılayırlar. Avstraliyalıların böyük bir hissəsi ya immiqrantdılar, ya immiqrantların övladlarıdırlar, ya da immiqrantların nəvələridirlər.

20. Avstraliyada hər kəs çox xoş xasiyyətli və gülərüzdürlər. Burada, demək olar ki, millətlər arası konfliktlər baş vermir.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.