Müvəffəqiyyət yalnız çox işləməkdən asılı deyil. Bəzən təsadüfən gəlir, bəzəndə qeyri-aşkar amillərlə izah olunur. Uğura təsir edə bilən bəzi amillər bunlardır.
- Üsyan edənlər yaxşı qazanırlar
Alimlər yeniyetmə dövründə baş verən üsyankarlıq ilə yetkinlik yaşlarda əldə olunan yüksək gəlir arasında əlaqə tapıblar. Təcrübə 1968-ci ildə başlayıb, Lüksemburqdan təxminən 3.000 altıncı sinif şagirdlər sorğu edilib . 2008-ci ildə tədqiqatçılar o vaxt 52 yaşı olan 745 iştirakçı ilə əlaqə qura biliblər. Məlum olub ki,uğur qazananlar – uşaqlıqda qaydaları pozanlar və valideynlərinin səlahiyyətinə riayət etməyənlərdir.
2.Valideynlərin gözləntiləri onların gəlirlərindən daha vacibdir
2001-ci ildə professor Neal Halfon və Kaliforniya Universitetindəki həmkarları 6 600 uşaqdan ibarət milli sorğunun nəticələrini təhlil ediblər. Tədqiqatçılar belə əldə etdikləri nəticəyə görə, uşaqların kollecə yönəltmək istəyən valideynlər,gəlir səviyyəsindən asılı olmayaraq onları bu məqsədə yönəldə biliblər.
- Evlilik, kişilərə daha çox qazanmağa imkan verir
Amerika Sahibkarlıq İnstitutunun tədqiqatının müəlliflərinə görə kişilər “nikah bonusu” alırlar. Onlara göre ABŞ-da 28-30 yaşlı evli kişilər subaylara nisbətən orta hesabla illik 15,900 dollar daha cox qazanırlar. Buna baxmayaraq, evli və evlənməmiş qadınların gəlirlərinin fərqi əhəmiyyətsizdir.
- Ailənin ilk uşağı ikinci uşaqdan daha çox müvəffəqiyyətli olur
Bu nəticə 1979-cu ildə başlayan bir araşdırmaya əsaslanan tədqiqatın müəllifləri tərəfindən verilmişdir. Elm adamları,birinci uşaqların valideynləri tərəfindən daha ciddi nəzarətdə olduqlarını təsbit etdilər: analar etiraf edirlər ki, ilk uşaqlarına gəldikdə məktəbdə etdiyi pis nəticələrdən ötəri uşağın müşahidəsini gücləndirdiklərini qəbul etmə ehtimalı daha çoxdur. Həmçinin, ilk uşaq orta hesabla ikincidən 2% daha çox qazanır.
5.Müdirlər erkən işə gələn işçiləri bəyənirlər
Təcrübədə işçilərdən və onların müdirlərindən ibarət 149 cütlük iştirak etmişdir.İşə tez gələn işçi,iş gününü gec başlayan işçi ilə müqayisədə müdirdən öz reytinqinə daha yaxşı qiymətlər toplayır-iş saatının eyni olmasını nəzərə alsaq belə.
- Cəlbedici insanlar öz karyeralarında daha uğurlu olurlar
Orta hesabla, cəlbedici insanlar karyeralarını az calbedici iş yoldaşlarından daha tez qururlar. Və Wisconsin Universitetinin iqtisadçıları tərəfindən edilən bir araşdırmaya görə, cəlbedici bir direktor müavini kimi işə götürmək, ilk gündən şirkətin səhm qiymətini yüksəldə bilər.
- Adın qısa bir versiyasını istifadə etmək maaşın artırmağına imkan yarada bilər
TheLadders iş axtarış xidmətində demək olar ki, 6 milyon adın təhlili göstərir ki, adlarda hər əlavə hərf namizədin illik əmək haqqını 3,600 dollar azaldır. Ancaq LinkedIn, məlumatlarına əsasən, ən çox rast gəlinən CEO adları – Peter, Jack və Fred – ya özü özlüyundə qisadılar və yaxud digər adların qısa versiyalarını təqdim etdiyini göstərir.
- Narsıslər çox qazanırlar
Mübahisəli xüsusiyyətlər də müvəffəqiyyət qazanmağa kömək edə bilər. Bern Universitetindən psixoloqların alman firmasının 793 işçilərindən aldığı sorğu anketlərinə əsasən narsislərin daha çox qazandıqları məlum oldu. Xüsusilə onlar müsahibələr zamanı yaxşı təəssürat yarada bilirlər və danışıqlarda uğur qazanırlar.
- Paxıl insanlar optimislərdən daha az qazanırlar
Köln Universitetindən olan tədqiqatçılar, ABŞ və Almaniyadan bir neçə min nəfər arasında bu barədə araşdırmalar aparıblar. Tədqiqat nəticəsində məlum olub ki, daha az paxıl insanların 2003-20012-cı illərdə gəlirləri aya 250 dollar artıb, bu zaman isə daha paxıl insanların gəlirində heç bir artım müşaidə edilməmişdir.