Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun
miqdarından artıq keçirilən benzinin və (və ya) dizel yanacağının hər 1 (bir) litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumu alınacaq.
Bu barədə Baş nazir Novruz Məmmədovun 3 avqust tarixində imzaladığı qərarda deyuilir.
Qeyd edilir ki, göstərilən məbləğ avtonəqliyyatvasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və yaplastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir.