6 sentyabr 2018-ci il tarixində “Unibank” Kommersiya Bankı” ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker. az bildirir ki, bu barədə Bankın İdarə Heyəti sədrinin açıqladığı məlumatda qeyd olunur.
Məlumata görə, yığıncaqda “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvlərinin tərkibində dəyişiklik edilməsi nəzərdə tutulur.
Qeyd edilən yığıncaq Bankın baş ofisinin yerləşdiyi Rəşid Behbudov 55 ünvanında saat 15:00-da keçirləcək.