Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi “SOCAR Trading” xam neftlə əməliyyatlar üzrə şöbəyə yeni rəhbər təyin edib.
Banker.az-ın Trend-ə istinadən məlumatına görə, bu vəzifəyə Dario Striano təyin olunub.
O, “SOCAR Trading”də 2014-cü ildə işə başlayıb.
Bundan başqa, “SOCAR Trading”i Şimal dənizi regionunda əməliyyatlarla məşğul olan Geri Midldiç və Devid Filds, eləcə də treyderlər Tom Arnold və Devid Kler tərk edib.