15 C
Baku
Thursday, May 9, 2024

Ərdoğan: Düşdüyümüz vəziyyətdən çıxacağıq

Türkiyə 2016-cı ildə Ankara hökuməti tərəfindən həbs edilmiş amerikalı pastor Endrü Bransonun işi fonunda ABŞ-dan gələcək təhdidlərə sinə gərəcək.

Oxu-Az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Biz qanun nəyi deyirsə onu, anlayırıq, qanunumuz var, təhdidləri anlamırıq. Biz doğru olanı edirik, lakin təhlükəyə gəldikdə, bizdən inciməsinlər. Biz düşdüyümüz vəziyyətdən çıxacağıq, xalqım öz ayağı üzərində durub… ABŞ-a müraciət edərək deyirəm ki, NATO-dakı strateji müttəfiqinizi hansısa pastora dəyişdiniz üçün təəssüf olsun”,– deyə R.T. Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti həmçinin bildirib ki, Türkiyə təhdid edilir, lakin türk xalqını təhdid yolu ilə heç bir şeyə nail olmaq mümkün deyil.

Son xəbərlər
 ⁠
Digər xəbərlər