13 C
Baku
Tuesday, May 7, 2024

Ərdoğan: Biz təslim olmayacağıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın metal və alimiumla bağlı vəzifələrin artırma qərarına qarşı tədbirlər görəcəklərini bildirib.

Ərdoğan ABŞ-ın bu addımını iqtisadi müharibə adlandırıb.

Onun sözlərinə görə, ABŞ çeviriliş və provakiya ilə edə bilmədiklərini maliyyə təzyiqləri ilə reallaşdırmağa çalışırlar:

“Bu iqtisadi müharibə adlanır. Biz sizin oyununuzu başa düşürük və ölçü götürəcəyik. Təslim olmayacağıq. Dollarla bizə təzyiq etməyin. Bu halda biz qarşıya qoyulan vəzifələri başqa üsullarla həyata keçirəcəyik”.

Prezident qeyd edib ki, yeni ittifaqlara və bazarlara müraciət edərək, bütün dünyaya ticarət müharibəsi elan edənlərə cavab verəcəklər.

© Oxu.Az

Son xəbərlər
 ⁠
Digər xəbərlər