9 C
Baku
Thursday, December 12, 2024

“Azneftkimyamaş” törəməsinin 1,52 mln. manatlıq səhmi satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsinin daha bir səhmdar cəmiyyətin səhmlərini sentyabrın 11-i keçiriləcək hərraca çıxarrılacaq.

Banker.az-ın əldə etdiyi məlumata görə, hərraca çıxarılacaq  “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Sabunçu Elmi-İstehsalat Birliyi” törəmə açıq səhmdar cəmiyyətinin səhmləridir. ASC-nin hazırda 757 500 ədəd hər biri 2,00 manat olmaqla hərraca çıxarılır. Ümumilikdə satışa çıxarılan səhmlərin dəyəri isə 1 515 000,00 manatdır.

Qeyd edək ki, bu Səhmdar Cəmiyyətin cəmi səhm kapitalı hazırda 10 100 000,00 manat təşkil edir.

Azərbaycan Respublikası “Azneftkimyamaş” ASC-nin, onun Törəmə Səhmdar Cəmiyyətlərinin əsas məqsədi rəqabətqabiliyyətli neft-qaz, geoloji-kəşfiyyat, həmçinin neftkimya sənayesi avadanlıqlarmı, onlar üçün lazımi alət və ehtiyat hissələrini işləmək və hazırlamaqdır.

Son xəbərlər
Digər xəbərlər