9 C
Baku
Thursday, December 12, 2024

Rusiya Türkiyə ilə ticarəti milli valyuta ilə aparmaq istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son danışığında ondan Türkiyə iqtisadiyyatındakı problemlərlə bağlı heç bir kömək istəməyib.

Bu barədə jurnalistlərə rusiyalı liderin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, heç bir xahiş daxil olmayıb”, – deyə o qeyd edib.

İki liderin 10 avqust tarixli telefon danışıqlarının məzmununu şərh edən Kreml rəsmisi xatırladıb ki, ikitərəfli layihələr, o cümlədən “Türk axını” qaz kəməri və “Akkuyu” AES müzakirə olunub.

“Rusiya Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə etmək niyyətindədir”.

“RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Dmitriy Peskov deyib.

Onun sözlərinə görə, bu məsələni diqqətlə araşdırmaq lazımdır: “Bu məsələ Rusiya tərəfindən müxtəlif səviyyələrdə qaldırılır və ölkənin ikitərəfli ticarət-iqtisadi əlaqələrdə nail olmaq istədiyi bir məsələdir”.

Xatırladaq ki, bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ABŞ-ın ölkəsinə, İrana və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bildirib ki, Türkiyə aparıcı ticarət tərəfdaşları ilə əməliyyatlar zamanı milli valyutalardan istifadə etmək niyyətindədir.

© Oxu.az, Report

Son xəbərlər
Digər xəbərlər