Mübadilə məntəqələrində 1 dollar 367 tengeyə satılır
azaxıstan milli valyutası Amerika dollarına nisbətdə ucuzlaşmaqda davam edir.
“Kurs.kz” saytına istinadən, avqustun 14-də ölkənin əksər mübadilə məntəqələrində 1 dollar 367 tengeyə satılır. Bəzi məntəqələrdə isə dollar 368-369 tengeyə təklif olunur.
Avqustun 13-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının orta ölçülmüş məzənnəsi 1 dollar üçün 363,22 tenge təşkil edib.
Milli Bankın avqustun 14-ü üçün məzənnəsi 1 ABŞ dolları üçün 363,2 tengedir.
© Report