Ərdoğanın ABŞ mənşəli bəzi məhsullara əlavə maliyyə öhdəliyinin səviyyəsinin 100 faiz artırılmasına dair qərarı yayımlanıb
Türkiyə ABŞ istehsalı olan bəzi məhsullara əlavə vergi tətbiq edib. Türkiyə mətbuatına istinadən, prezident Rəcəb Tayib Ərdoğanın ABŞ mənşəli bəzi məhsullara əlavə maliyyə öhdəliyinin səviyyəsinin 100 faiz artırılmasına dair qərarı T.C. Resmi Gazete-də yayımlanıb.
Məlumata görə, spirtli içkilərə 140 faiz, tütünə və tütün məhsullarına 60 faiz, kosmetikaya 60 faiz, düyüyə 50, sərt qabıqlı meyvələrə 20 faiz, daş kömür və daş kömürdən əldə edilən məhsullara 13,7, poliamid 10, plastik əşyalara 60, yandırılmaq (odunluq) üçün nəzərdə tutulmuş ağaclara 10, minik avtomobilləri və sərnişin daşıma üçün nəzərdə tutulan mühərrikli nəqliyyat vasitələrinə 120, digər məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələrinə 10 faiz və s. digər məhsullara əlavə vergi tətbiq edilib.
Sputnik Azərbaycan