Maliyyə Bazarlarına Nəzarət Palatası avqustun 8-də “Invest-AZ” QSC İnvestisiya Şirkətinin istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Şirkət bu qiymətli kağızlarla kapital bazarından 1,5 milyon ABŞ dolları cəlb etmək niyyətindədir.
Şirkətin ümumi yığıncağının bu ilin 18 iyul tarixli qərarına əsasən, nominal dəyəri 1000 ABŞ dolları olan 1500 istiqraz buraxılıb. Qiymətli kağızların dövriyyə müddəti 1 ildir. İnvestorlara illik 6% gəlir vəd edilir. Faiz gəlirləri ildə iki dəfə ödəniləcək. Bu, Azərbaycanda kapital bazarında investisiya şirkətlərinin debütüdür.







