Bu gündən Venesualeda dövriyyəyə yeni pullar buraxılacaq.
Rusiya mətbuatına istinadən, ölkənin milli valyuta 1:100 000 nisbətində denominasiya edilir.
Buna səbəb Venesuelanın milli valyutası – bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir.
Yeni pulların dəyəri Venesuelanın “Petro” adlı kriptovalyutasının dəyərinə bağlı olacaq. Denominasiya ilə əlaqədar bu gün ölkədə qeyri-iş günü elan olunub ki, vətəndaşlar yeni pullara rahat öyrəşə bilsinlər.
Report