Əgər full-time MBA-ya qəbul olsanız, siz iki il ərzində yaxşı əmək haqqı qazana biləcəksiniz. Part-time-a qəbul olsanız, iş və təhsilə vaxt ayırdığınız üçün sizin şəxsi həyata vaxtınız qalmayacaq.
Qərar qəbul etmək çox çətindir. Əfsuslar olsun ki, bir seçim hər kəsə uyğun olmur. Siz məhz sizə uyğun olan seçimi etməlisiniz. Sizin maliyyə vəziyyətiniz necədir? Sizin ailəniz necə yaşayır? Siz təhsildən nə almaq istəyirsiniz? Nəyə qatlanmağa hazırsınız?
Biz sizə bu məqalədə bu və ya digər təhsil formatının üstün və mənfi tərəflərini təqdim edəcəyik.
Full- time: bu proqramı “mətbuatın sevimlisi” adlandırırlar. Biznes məktəblərin büdcəsində full-time proqramlarına daha çox pul ayırırlar. Lakin bu proqramlar ən az gəlirlidirlər. Tələbə üçün çox saylı klublar və sinifdən kənar məşğələlər açılır. Bu səbəbdən full-time kolleci xatırladır.
Üstün cəhətlər: Bu proqramlara ən çox maliyyə dəstəyi ayrılır. Bütün təqaüd və qrantların 90%-ni full-time tələbələri alır. Bu təhsil formatı iki il ərzində çalışmamaq imkanına malik olan 23- 30 yaşlı insanlara uyğundur.
Əksər hallarda şirkətlər full-time məzunları arasında özlərinə potensial əməkdaşlar axtarırlar. Həmçinin bu proqramlar bütün dünyadan ən yaxşı tələbələri cəlb edir.
Çatışmayan cəhətlər: full-time proqramları böyük əziyyət tələb edirlər. Nəzərə alsaq ki, tələbələr həm də iş axtarmalı olurlar, onların şəxsi həyata vaxtları qalmır.
Part-time (qiyabi təhsil): Bu proqramlar biznes məktəblərinin əsas gəlir mənbələri hesab edilirlər. Qiyabi tələbələr bəzən özlərini “ögey uşaqlar” kimi hiss edirlər. Lakin onların proqramına daha çox vəsait yatırılır.
Üstün cəhətlər: Qiyabi təhsil formatı 24-35 yaşlı tələbələr üçün nəzərdə tutulub. Bu proqramlar full-time proqramları fakültələrinin əsasında təşkil olunublar. Bəzi müəllimlər axşamlar və yaxud istirahət günlərində dərs deməyə üstünlük verirlər. Beləliklə onlar araşdırmalara daha çox vaxt ayırmış olurlar. Yalnız az sayda tələbələr təqaüd alırlar, lakin onlar işə götürənlər tərəfindən maliyyə dəstəyi alacaqlarına güvənə bilərlər.
Çatışmayan cəhətlər: Cəmiyyətdə elə bir fikir formalaşıb ki, qiyabi oxuyan tələbələr bir o qədər rəqabətə layiq deyillər və full-time tələbələrindən fərqli olaraq, hərtərəfli deyillər. Bu fərq xüsusi ilə kiçik şəhərlərdə hiss olunur. Əksər hallarda əmək yarmarkalarının günorta vaxtında keçirildiyinə görə qiyabi proqramlar iş axtarmaq üçün bir o qədər də yaxşı şəraitlər yaratmırlar. Bundan savayı, qiyabi təhsil iki ildən çox davam edir və onun köməyi ilə nadir hallarda digər sahədə karyera qurmaq mümkün olur.
Biz sizə həmçinin digər bir biznes təhsili formatını təqdim edirik: Executive MBA (EMBA). Bu proqramlar 30-42 yaşlarında insanlar üçün nəzərdə tutulub. Bu proqramlara az sayda tələbələr müraciət edirlər.
Üstün cəhətlər: Executive MBA üzrə dərslər adətən həftədə iki dəfə olur. Buna görə bu proqramlar öz ailələrinə və işlərinə daha çox vaxt sərf etmək istəyən insanlara daha çox uyğundur. Executive MBA proqramları öz bacarıqlarını təkminləşdirmək istəyən təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub.
Çatışmayan cəhətlər: EMBA proqramı üzrə təhsil bahadır və bu proqram çərçivəsində heç bir təqaüd nəzərdə tutulmayıb. Çünki işə götürənin tələbəyə tam və yaxud qismən maliyyə dəstəyi verəcəyi gözlənilir. Bundan savayı, EMBA tələbələri digər proramların tələbələri ilə nadir hallarda üsiyyət qururlar.