19 C
Baku
Friday, September 20, 2024

Varlı insanlar kimlərdir?

Belə insanlar “böyüklüklər”-dən qorxmurlar. Onları nə böyük rəqəmlər, nə nəhəng layihələr, nə yüksək vəzifəli insanlar, yaxud avtoritetlər qorxutmurlar.

Belə insanlar adi məqsədləri necə təyin etməyi yaxşı bilirlər. Onlar öz bizneslərinin məqsədini və missiyasını gözəl şəkildə bilirlər.

«Money Personalities» -lərdə həmçinin inkişaf etmiş abstrakt təfəkkür mövcudur. Onlar öz məhsulları, şirkətləri ilə bağlı ən çətin funksiyaları beyinlərində asanlıqla canlandıra bilirlər.

Bununla yanaşı, belə insanlar ən qeyri-müəyyən hadisələrə belə tolerant yanaşmağı bacarır. Nəticədə də onlar məqsədə nail olmağa digərlərindən bir addım daha yaxın olurlar. Bununla da onlar ətrafdakıların hörmətini qazanmağa daha çox nail olurlar.

Maliyyə uğuru qazanmış insanların bir xüsusiyyəti də onların unikal şəkildə ümumi məsuliyyətə sahib olmalarıdır. Onlar məsuliyyət hissinin hər şeydə öndə gəlməli olduğunu çox yaxşı bilirlər. Əgər hər hansısa bir iş yolunda getməməyə başlayırsa, bu insanlar bilirlər ki, bu onların işi və məsuliyyətidir.

Varlı insanlara məxsus sonuncu xüsusiyyət budur: onlar heç vaxt uğura nail olmaq üçün bəslədikləri xaincəsinə planlara görə günah hissi keçirmirlər.

Son xəbərlər
Digər xəbərlər