2 C
Baku
Sunday, December 15, 2024

Populyar mobil bank metal kart təqdim edib

Fintech Unicorn Revolut yeni bir kartı təqdim edib. Revolut Metal Revolut Premiumdan fərqli olaraq istifadəçiyə kontaksız bir kart və bir çox əlavə üstünlük verir.

Məsələn, yeni kartda əlavə olaraq bütün xərclər üçün  cashbackləri istənilən valyutada(avro, dollar) və ya kriptovalyutada (bitcoins və eterium) istifadə etmək mümkündür. Doğrudur, Avropada cashback yalnız 0.1% olacaq: 1 min avro xərclədikdən sonra istifadəçiyə yalnız 1 avro geri qaytarılacaq . Səyahət edənlər üçün daha cəlbedici təkliflər verir: Avropanın xaricində cashback  1% olacaq.

Revolut kartınızı hər dəfə istifadə etdiyiniz zaman, şirkət MasterCard və Visa-dan ödəniş haqqının bir hissəsini alır. Avropadakı məbləği çox aşağıdır, buna görə də Revolut, istifadəçilərə sərfəli cashback imkanı təklif edə bilmir.

Revolut Metal-in müştərilərinin bankomatdan nağd pul çıxarmaq üçün limiti daha yüksək olur: komissiya olmadan 600 avroya qədər və ya sterlinq çəkə bilərlər. Premium istifadəçilər üçün bu məbləğ 400 avro / funtdur.

Bundan əlavə, Revolut Metal abunəçiləri otel, bilet və ya restoranlarda masalar sifariş etmək üçün konsyerj xidmətinə daxil ola bilərlər.

Revolut Metal, ayda 13,99 avroya və ya illik 135 avroya başa gələcək.

Son xəbərlər
Digər xəbərlər