3 C
Baku
Saturday, December 14, 2024

SWIFT real vaxtda transsərhəd ödənişləri test edir

Swift beynəlxalq pul köçürmə sistemi ölkənin milli ödəniş platformasına qoşulmaqla, Avstraliya ilə real vaxtda trans-sərhəd ödənişlərinin pilot sınaqlarını aparacaq.

Halhazırda, günün sonunda Avstraliyaya göndərilən ödənişlər, adətən, yalnız ertəsi günə çatır. Yeni xidmət pul vəsaitlərinin dərhal köçürülməsini təmin edəcək (iş saatları bitdikdən sonrada).

“Təqdim etdiyimiz yanaşma banklara yeni bir sərhədyanı infrastruktura investisiya etməməyə imkan verir, Swift gpi sistemi üzərindən daxili ani ödənişləri istifadə edərək həyata keçirtmək imkanı verir”.
– 
Asiya-Sakit Okean bölgəsində Swiftin baş direktoru, Eddie Haddad

Onun sözlərinə görə, bu xidmət Asiya-Sakit okean regionunda daxili real-time sistemləri ilə inteqrasiya üçün hazırlanmışdır. Eksperimental sınaqdan keçdikdən sonra digər lokal şəbəkələr əlavə olunacaq.

İlk sınaq imtahanının nəticələri bu ilin oktyabr ayında Avstraliyada keçiriləcək Swift Sibos tədbirində təqdim ediləcək.

Son xəbərlər
Digər xəbərlər