1 C
Baku
Saturday, December 14, 2024

Nizamnamə kapitalı nədir?

Nizamnamə — hansısa dövlət orqanının, müəssisənintəşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəd. Dövlət təşkilatlarıının nizamnamələri ali dövlət orqanları, təşkilatların nizamnamələri siə onların təsisçiləri tərəfindən təsdiq edilir. “Nizamnamə” sözü “nizam” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şeyin icrası, tətbiqi üçün düşünülmüş qayda-qanun, hökm kimi mənalar verir.

İctimai təşkilatların hamısının nizamnaməsinin olması vacibdir. Beynəlxalq təşkilatların da nizamnamələri vardır.

Yazılmış ilk Nizamnamə nümunəsi kimi tarix Siris silindrini tanıyır. Farsların qədim Mesopatamiyanın işğalından sora Yeni-Mesopatamiya dövləti yaratdıqdan sonra imperator Nabonidus tərəfindən yazılib təsdiq edilmişdir (e.ə. 539). Bu silindrdə dini inanclar, imperatorun legtimliyi, insan hüquqları, dövlətçilik ənələri haqqında məlumat verilmişdir.

Nizamnamələrin Azərbaycanda oynadığı rolun dünyada oynadığı roldan heç bir fərqi yoxdur. Mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında nizamnamələrin qeydə alıması işi Vergilər Nazirliyinin “Bir pəncərə” sistemi vasitəsi ilə aparılır.

Nizamnamələr hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusudur və Azərbaycanda ən çox:

1.Bank

2.Partiya nizamnamələri

3. Birlik və Təşkilat nizamnamələri

4. İqtisadi nizamnamələr (səhmdar cəmiyyətin nizamnaməsi, firma və s.)

Tərtib olunan nizamnamələrdə sadalanan bəndlər var:

1. Ümumi müddəalar.

2. Müəsisənin fəaliyyəti.

3. Müəsisənin nizamnamə kapitalı.

4. İdarəolunma qaydaları.

5. Müəsisənin ləğv olunması.

6. Digər müddəalar.

Nizamnamənin növləri

– Layihə nizamnamələri- bu növ nizamnamələrdə layihə iştirakçıları və onların payları, ümumi müddəalar, fəaliyyət növü, idarə olunması və məqsədi haqda məlumat verilir.

– Ali və ya Kral nizamnamələri- bu tip nizamnamələr ən çox avropada rast gəlinir və şəhərsalma ilə əlaqələndirilir.

– Koloniya nizamnamələri- bu növ nizamnamələr ən çox Böyük Britaniyada yayilmişdır. Bu növdə olan nizamnamələr az yayılıb və təsirləri zəifdir.

– Kongres nizamnamələri- bu növ nizamnamələr ən çox ABŞ-da rast gəlinir. 1791-ci ildən 1992-ci ilə qədər kongress 36 nizamnamə qəbul etmişdir.

– Bələdiyyə nizamnamələri- bələdiyyə özünü idarəetmə statusunu alarkən tərtib olunur.

Burada onların səlahiyyətləri və qanun daxilində fəaliyyətləri əks olunur.

 

Son xəbərlər
Digər xəbərlər