Hər zaman təkərlərdəki təzyiqə nəzarət edin. Əgər təkərlərdəki təzyiq normadan aşağıdırsa, siz 10% artıq yanacaq israf edirsiniz.
Avtomobilinizdəki hər artıq 50 kiloqram yanacaq israfını 2% artırır. Buna görə də lazımsız yerə özünüzlə ağır çəkidə olan materiallar daşımayın. Çünki sonradan bu materialları yaddan çıxararaq uzun müddət yük yerində özünüzlə getdiyiniz hər yerə aparırsınız.
Avtomobildə işlək vəziyyətdə olan kondisioner 10% daga çox yanacaq istifadə olunmasına səbəb olur. Kondisioner sönülü olduqda, pəncərələr açıq olduqda isə 2-4% yanacaq işlənir.
Sonda bir faktı yadda saxlayın ki, vahid sürət ilə hərəkət etmək, daimi olaraq sürət artırmaq və yavaşlamaqdan daha çox qənaət etməyə səbəb olur.