6 C
Baku
Sunday, December 15, 2024

DOST mərkəzlərində “Gənc DOST” Proqramı həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində “Gənc DOST” Proqramı həyata keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Banker.az-a verilən məlumata görə, hazırda nazirlikdə müvafiq Proqram layihəsi hazırlanır.

Bu proqram DOST mərkəzlərində gənclərin könüllü iştirakını, ümumən əmək, məşğulluq və sosial müdafiə sahələrində göstərilən xidmətlərdə könüllülük fəaliyyətini dəstəkləyəcək. Proqram çərçivəsində gənclərin bu sahədə könüllü iştirakla bağlı bilik və bacarıqlarının artırılması üçün müvafiq təlim proqramlarının hazırlanması və reallaşdırılması, gənclərin müvafiq istiqamət üzrə motivasiyasına yönələn işlərin aparılması təmin ediləcək.

Bu ilin sonundan etibarən əvvəl Bakıda, sonrakı mərhələdə ölkəmizin digər şəhər və rayonlarında yaradılacaq DOST mərkəzləri əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla xidmətlər göstərəcək.

Son xəbərlər
Digər xəbərlər