Rusiya ABŞ-dan elektron qurğuların və ikili təyinatlı ehtiyat hissələrinin idxalından imtina edəcək.
Banker.az Report-a istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aleksey Kondratyev deyib.
Onun sözlərinə görə, Rusiya bu məhsulları üçüncü ölkələrdən alacaq:
“Rusiyaya qarşı sanksiyaları nəzərə alaraq, biz bu məhsulları üçüncü ölkələrdən, xüsusilə Çindən alacağıq”. Qeyd edək ki, avqustun 22-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya paketi qüvvəyə minib.