7 C
Baku
Thursday, December 12, 2024

ARDNF iki şirkəti fondun aktivlərinin idarə olunmasını cəlb edib

1 yanvar 2018-ci il tarixinə Dövlət Neft Fondunun (ARDNF) xarici menecerlər tərəfindən idarə edilən aktivlərinin həcmi $4 mlrd. 70 mln. və ya fondun investisiya portfelinin 11,4%-i təşkil edir. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üzrə fəaliyyəti haqqında illik hesabatında qeyd olunur.

Xəbər verildiyi kimi, 31 dekabr 2016-cı il tarixində ARDNF-nin xarici menecerlər tərəfindən idarə edilən aktivlərinin həcmi $2 mlrd. 876 mln. və ya fondun investisiya portfelinin 8,5%-ni təşkil edib. Beləliklə, 2017-ci ildə fondun xarici menecerlər tərəfindən idarə edilən aktivlərinin həcmi 41,5% artıb.

Hesabata əsasən, 31 dekabr 2017-ci il tarixinə səhmlər üzrə “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 mlrd. 598 mln. ABŞ dollarını və ya fondun aktivlərinin 4,5%-ni idarə edir (2016-cı ilin sonuna $1 mlrd. 274 mln. və ya investisiya portfelinin 3,9%-ni), “State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 mlrd. 493 mln. ABŞ dollarını və ya fondun aktivlərinin 4,2%-ni (2016-cı ilin sonuna $1 mlrd. 215 mln. və ya 3,7%-ni) idarə edir.

2017-ci ildə ARDNF investsiya portfelinə daxil olan səhmlərin idarə edilməsinə “Mellon Capital Management” və “BlackRock Investment Management”I cəlb edib. Xüsusilə “Mellon Capital Management” – ARDNF-nin aktivlərinin 332 mln. ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,9%-ni), “BlackRock Investment Management”– ARDNF-nin aktivlərinin 315 mln. ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,9%-ni) idarə edir.

Bundan başqa, sabit gəlirli qiymətli kağızlar üzrə: Dünya Bankı – ARDNF-nin aktivlərinin 228 mln. ABŞ dollarını və ya 0,6%-ni (2016-cı ilin sonuna $226 mln. və ya 0,7%-ni), “Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin 104 mln. ABŞ dollarını və ya 0,3%-ni (2016-cı ilin sonuna $102 mln. və ya 0,3%-ni) idarə edir.

1 yanvar 2018-ci il tarixində ARDNF-nin aktivləri $35,8 mlrd. təşkil edir.

Son xəbərlər
Digər xəbərlər