1 C
Baku
Saturday, December 14, 2024

Neft Fondunun 30 tondan çox qızılı var

2017-ci ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq – 970 146 troya unsiya təşkil edib.

Fondun 2017-ci il üzrə illik maliyyə hesabatına istinadən, 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızıl Azərbaycana gətirilərək, müvəqqəti olaraq Mərkəzi Bankda saxlanılıb.

2016-cı ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil edib. 2017-ci il ərzində isə qeyd edilən qızılın ARDNF-nin inzibati binasında inşa edilmiş xəzinəyə gətirilməsi başa çatdırılıb.

Qeyd edək ki, fond investisiya portfelində qızılın payını 5 faizə çatdırmağı hədəfləyib.

Son xəbərlər
Digər xəbərlər