10 C
Baku
Thursday, December 12, 2024

“Meqa Sığorta” səhmdarları mənfəəti bölüşürlər – məbləğ açıqlandı

“Meqa Sığorta” ASC-nin səhmdarları 5 may 2018-ci ildəki qərara görə illərdir yığılıb qalmış xalis mənfəəti bölüşdürməyi qərara alıblar.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumatda deyilir ki, keçmiş illərdən yığılıb qalmış bölüşdürülməmiş 6,5 mln. manatlıq xalis mənfəət səhmdarlar arasında divident şəkilində bölüşdürülməsinə yönəldilsin. Qeyd edək ki, ASC-nin cəmi kapitalın 11,17 mln. manatı bölüşdürülməmiş mənfəətdir.

“Meqa Sığorta”nın gəlirləri 2018-in ilk yarım illiyində 14,83 mln. manat, xərcləri isə  11,67 mln. manat təşkil edib ki, bu da ASC-nin ilin ilk 6 ayında 2,53 mln. manat xalis mənfəətlə vurmasına səbəb olub.

Xatırladaq ki, ASC-nin nizamnamə kapitalı hazırda 7,5 mln. manat təşkil etməklə, səhmlərinin 19%-nə Rauf Əliyev, 10%-nə Hacıməmməd Əliyev (R. Əliyevin atası), 19%-nə Nəzakət İsmayılova, 19%-nə Zaur Quliyev, 14%-nə Yaşar Qurbanov və 19%-nə isə bağlanmış CBC Bank-ın Müşahidə Şurası sədri Fərəh Məmmədova nəzarət edir.

Göründüyü kimi, Səhmdarlardan ən çoxu 1,9 mln., ən azı isə 650 minAzərbaycan manatı əldə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər