“Bank Respublika” ASC-nin yeni emmisya edilmiş səhmlərini alan şirkətin adı açıqlanıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu Almaniya Federativ Respublikasında dövlət qeydiyyatına alınmış “DEG İnvestisya və İnkişafı Korparasyasıdır”. Səhmdar hər birinin nominal dəyəri 2,45 manat olan 2 428 571 ədəd səhmini əldə edib ki, bunun ümumi həcmi 5 949 998,95 manat təşkil edir.
İnsayder əqdinin bağlanması “AzFinance İnvestisya Şirkəti” QSC-nin vasitəçiliyi ilə baş tutmuş əqd bu gün, yəni 28 avqust 2018-ci il tarixində imzalanmışdır.
Xatırladaq ki, DEG-in Bankın 4,976,943 ədəd adi sənədsiz adlı səhm; Emitentin nizamnamə kapitalında payı 16.59% təşkil edir. Bundan öncə isə DEG-in bankın səhmlərindəki payı 9,26% təşkil edirdi.
Əsas səhmdarın pay bölgüsü azalıb
Natiq Quliyevin “Bank Respublika”nın səhmlərindəki pay bölgüsü bir qədər azalıb.
Belə ki, bu gün, 28 avqust 2018-ci il tarixində bağlanmış insayder əqdlərə dair sənəddə qeyd edilir.
Məlumatda deyilir ki, “Bank Respublika” ASC-nin səhmlərinin alqı-satqısı üzrə insayder əqdi bağlanılıb. Belə ki, hər birinin nominal dəyəri 2,45 manat olan 20,409 ədəd səhmlərin ümumi həcmi 50,002.05 manat təşkil edir.
Lakin, bu səhmlərin alınmasına rəğmən Almaniyanın DEG-inin bankın yeni 5,95 mln. manatlıq səhmini əldə etəsi səhmdarın pay bölgüsünü bir qədər azaldıb. Belə ki, bu günə qədər bankın səhmlərinin 53,72%-nə sahib olsa da, yeni buraxılmış səhmlərdən sonra N. Quliyevin bay bölgüsü 43,96% azalıb.
Qeyd edək ki, Quliyev “Bank Respublika”nın əsas səhmdarı olaraq qalır.