14 C
Baku
Sunday, November 24, 2024

Migom öz işini dayandırdı

“Evrotrast” bankının lisenziyadan məhrum edilməsi Migom pul köçürmələri sisteminin öz işini dayandırmasına səbəb oldu. Qeyd edək ki, bank onun hesablaşma mərkəzi idi.

 “Migom” pul köçürmələri sisteminin əməkdaşı belə bildirmişdir: “ “Evrotrastın” lisenziyadan məhrume dilməsi səbəbindən müvəqqəti çətinlik yaşayırıq. Bizim əməkdaşlıq etdiyimiz banklar pul köçürmələrinin həyata keçirilməsini dayandırmışlar. Bəzi partnyor banklar pulların göndərilməsi ilə işləməyə razıdırlar, pulların qəbul edilməsinə isə icazə verilmir. Buna görə də, belə əməliyyatlar bir mahiyyət daşımır”.

Bankın hələ bank fəaliyyəti ilə məşğul olması qadağan edilməmişdən, partnyor banklar bankın riskli vəziyyəti ilə əlaqədar olaraq Migom ilə əməliyyatları məhdudlaşdırmışdılar.

Həmçinin verilən məlumatlara görə, “Migom” “Evrotrast” bankından ayrılaraq müstəqil şəkildə fəaliyyət göstərmək və bu yolla problemlərdən qurtulmaq istəyir. Bank hazırda güvənsizlik böhranı yaşayır və bir çox banklar onunla artıq əməkdaşlıq etmək istəmir.

Son xəbərlər
Digər xəbərlər