“Facebook” 2020-ci ilin sonunadək tamamilə bərpa olunan enerji mənbələrinə keçməyi planlaşdırır

2020-ci ilin sonunadək “Facebook” sosial şəbəkəsi tamamilə bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək, həmçinin şirkətin fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmaq niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata görə, “Facebook” dünyada bərpa olunan mənbələrdən əldə edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb. Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər