Vakansiya haqqında məlumat:
Struktur bölmə : İR departamenti, İşə qəbul və İR əməliyyatları şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 09 sentyabr 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
2. İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək;
3. Departamentin fəaliyyəti ilə əlaqədar tərtib edilmiş hesabat formalarının təqdimetmə müddətinə uyğun statusu ilə bağlı Departament direktoruna hesabat vermək;
4. İşçilərə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar icra etmə işlərini yerinə yetirmək və arxivləşdirmək;
5. Komanda quruculuğu və daxili kommunikasiyaların gücləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;
6. İnsan Resursları prosseslərinin avtomatlaşdırılması ilə bağlı daim yeni təşəbbüslərlə çıxış etmək;
7. Potensial əmək gərginliyini əvvəlcədən aşkarlamaq və aradan qaldırmaq məqsədilə müvafiq sorğuları təşkil etmək, nəticələri təhlil etmək və təklifləri birbaşa rəhbərə təqdim etmək;
8. Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən sahə üzrə ali təhsil tələb olunur. İnsan resursları sahəsi üzrə təhsilə üstünlük verilir;
Dil bilikləri : İngilis dilini mükəmməl bilməlidir, rus dili biliyi üstünlükdür;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər : İnsan Resursları sahəsində sertifikatın olması üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı, analitik düşüncə, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “İR – mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.