Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Məharət Mustafayev tutduğu vəzifəsindən azad edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, müvafiq qərarla Rüstəmli Əli Xasay oğlu həmin vəzifəyə təyin olunub.
Ə.Rustəmli bundan əvvəl də sözügedən vəzifədə çalışıb.
Qeyd edək ki, ötən ayın 28-də Gəncə İcra Başçısı dəyişib, Azərbaycan Prezidentinin yeni sərəncamına əsasən Mingəçevir Şəhər İH Başçısı kimi çalışmış Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.