10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda problemli kreditlər artmaqda davam edir

Bu rəqəm avqustun 1-nə 1 782,1 mln. manat təşkil edib

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 782,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən, bu, iyulun 1-i ilə müqayisədə 2,1% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb, ötən il avqustun 1-nə nisbətən isə 1,7% azalıb.

İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu nisbət iyunun sonuna 14,4%, ötən il iyulun sonuna isə 14,1% təşkil edib.

– Report

Son xəbərlər
Digər xəbərlər