24 C
Baku
Thursday, September 19, 2024

Kapital Bankın sponsorluğu ilə Bakıda “Mosfilm” filmləri həftəsi

Fevralın 20-dən 25-dək Bakıda Kapital Bankın sponsorluğu ilə “Mosfilm” həftəsi keçiriləcək. “Mosfilm”in çəkdiyi, həmişə böyük maraqla izlədiyimiz filmlər 5 gün ərzində, ilk dəfə olaraq yalnız “28 Cinema”da böyük ekranda nümayiş olunacaq.

Həftəboyu “Sevgi və göyərçinlər” («Любовь и голуби»), “Uğur centlmenləri” («Джентльмены удачи»), “İvan Vasilyeviç peşəsini dəyişir”, («Иван Васильевич меняет профессию»), “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” («Кавказская пленница, или новые приключения Шурика»), “Moskva göz yaşlarına inanmır” («Москва слезам не верит»), “Xidməti eşq macərası” («Служебный роман») və “Brilyant əl” («Бриллиантовая рука») filmlərinin nümayişi nəzərdə tutulub. Nümayişlər PULSUZ-dur. Biletləri kinoteatrın kassalarından əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər