2 C
Baku
Saturday, December 14, 2024

“AccessBank” növbəti dəfə regionlarda məktəbliləri sevindirib – fotolar (R)

“AccessBank” Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində növbəti tədbir keçirib. Belə ki, bank qarşıdan gələn 15 sentyabr – Bilik günü münasibətilə Göyçay və Şəkidə 100-dən çox aztəminatlı ailələrdən olan məktəblini sevindirib. İbtidai sinif şagirdlərinə “AccessBank” tərəfindən məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

Sosial tədbir hər iki rayonun ictimaiyyəti tərəfindən olduqca müsbət qarşılanıb.

“AccessBank”ın Marketinq/Korporativ Bankçılıq departamentinin direktoru Günay Cəlilova: “Korporativ Sosial Məsuliyyət siyasətinə həssas yanaşan bankımız üçün təhsil sahəsi hər zaman prioritetlərdən biri olub. Bank tərəfindən mütəmadi olaraq bölgələrimizdə bu tipli tədbirlər keçirilir. Tədbirimizə qatılan hər bir məktəbli bizim parlaq gələcəyimizdir və biz gələcəyimizi daha da parlaq etmək üçün əlimizdən gələni etməliyik. Əminliklə deyə bilərəm ki, “AccessBank” bundan sonra da təhsil sahəsinə dəstəyini əsirgəməyəcək”.

Son xəbərlər
Digər xəbərlər