19 C
Baku
Sunday, September 29, 2024

Böyük şirkətlərin məhkəmə prosesləri

1. Classmates.com: aldanmış ümidlərə görə $9,5 milyon

Reklamda göstərildiyi kimi köhnə dostlarını tapmayıb.

2010-cu ildə Classmates. com şirkəti öz istifadəçilərinə onlara reklamda söz verildiyi kimi köhnə dostlar ilə qovuşdurmadığı üçün $9,5 milyon verməyə razılıq verir. Reklamda şirkət bildirirdi ki, istifadəçilər Classmates.com-a qoşularaq öz köhnə dostlarını tapıb onlarla qovuşacaqlar.

İstifadəçilər bir neçə dollar ödəyərək bu sayta yazılırlar, lakin gözləntilərində yanılırlar. İstifadəçilər şirkəti yalançı adlandırırlar.

Nəticədə, şirkət $9,5 milyon məbləğində təzminat ödəməli olur, hər istifadəçiyə $3.

2. PhilipMorris: 45 il siqaret istifadə edəndən sonra ağ ciyər xərçəngi olduğu üçün $13,8 milyon

45 il ərzində siqaret çəkən qadın ağciyər xərçəngindən vəfat edir.

Amerikalı Codi Ballok tütün şirkətini məhkəməyəə verir. Onun anası, Betti Ballok, 2003-cü ildə ağciyər xəstəliyindən vəfat etmişdi. O, 17 yaşından etibarən siqaret çəkirdi və 64 yaşı olanda vəfat etmişdi.

İlk məhkəmə prosesi 2001-ci ildə başlamışdı, 2002-ci ildə isə məhkəmə heyəti şirkətə $28 milyard məbləğində cərimə ödəməyi məsləhət görür. Daha sonra hakim cərimə məbləğini $28 milyona qədər azaldır. 2008-ci ildə məhkəmə işinə yenidən baxılmaq qərarı qəbul edilir. Nəticədə, məhkəmə heyəti tütün şirkətinə $13,8 milyon məbləğində təzminat təyin edir.

3. Apple cihazları sensurasız filmlərin filtr etmir

Keçən ilin iyul ayında amerikalı vəkil Kris Sevyer Tennessinin Ali məhkəməsinə şikayət ərizəsi ilə müraciət edir. Şikayət ərizəsində o, qeyd etmişdi ki, texnoloji nəhəng olan Apple cihazlarında mütləq sensurasız filmlərinin filtr olmalı idi. Günlərin bir günü o, sosial şəbəkə Facebooka daxil olmaq istəyir, lakin axtarış brauzerində bir hərfi səhv yazdığı üçün sensurasız filmlərin olduğu sayta daxil olur. Bu hadisə vəkildə həmin filmlərdən asılılıq yaradır.

Məhkəmə prosesi hələ də davam edir.

4. Subway: sendviçin uzunluğunu səhv bildirdikləri üçün məhkəmə şikayəti

Footlong sendviçi onun adında qeyd edildiyində 2,5 santimetr qısadı

Subway restoranlar şəbəkəsinin təqdim etdiyi sendviçlərin uzunluğu adına uyğun olaraq 30,4 santimetr olmalı idi. 2013-cü ilin yanvar ayında avstraliyalı bir şəxs öz sendviçinin uzunluğunu ölçür və xətkeş fonunda həmin sendviçin şəklini çəkib Facebook şəbəkəsində yerləşdirir. Sendviçin həqiqi uzunluğu 27,9 santmetr təşkil edirdi. Sosial şəbəkənin digər istifadəçiləri də həmin şəxsə dəstək olaraq Subway-in müştəriləri aldatdığını nümayiş edirlər.

Amerikalılar Con Farli və Çarlz Noa Pendrak özlərini aldanmış hiss edirlər və məhkəməyə şikayət ərizəsi ilə müraciət edirlər.

Onların vəkili Stiven DeNittis şəxsən 17 restoranda sendviçin uzunluğunu ölçür və onun qeyd olunmuş uzunluğa müvafiq olmadığına əmin olur.

Məhkəmə prosesi hələ də davam edir.

5. Alkoqolun istehsalı: alkoqol aludəçiliyi üçün $1 milyard

Onların məhsulları insanları cinayətkar həyat tərzinə sürüklədikləri haqqında xəbərdarlıq etməyiblər.

2013-cü ildə Kuna şəhərinin beş nəfər dustaqları Keyt Alan Braun, Ceremi Cozef Braun, Sori Alan Bouq, Vudrou Con Qrant və Stiven Todd Tompson səkkiz böyük alkoqol şirkətini məhkəməyə verirlər. Onlar Amerikada alkoqol istehsal edən Anheuser-Busch, Coors və MillerBrewing şirkəti  və həmçinin viski istehsal edən JimBeam şirkətini günahlandırırlar.

Dustaqlar elə hesab edirlər ki, şirkətlər onların məhsullarının insanları cinayətkar həyat tərzinə sövq etdiyini xəbərdar etmədiyi üçün onlara $1 milyard pul verməlidirlər. Dustaqlar əmindirlər ki, məhz alkoqol aludəçiliyi onları cinayətkar edib. Həmçinin onlar alkoqol içkilərin üzərində onların audəçilik yaratdıları haqqında yazı olmasını tələb edirlər.

Məhkəmə prosesi hələ davam edir.

Son xəbərlər
Digər xəbərlər