10 C
Baku
Thursday, December 12, 2024

Baş nazir gömrük rüsumlarının dərəcələrinə dəyişiklik etdi: 15-dən 30-a qaldırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “0701 90 500 0” və “0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.  Qeyd edək ki, bu kodlar kartof məhsulları, eləcə də təzə və ya soyudulmuş tomata aiddir.

Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

XİF MN üzrə kod Mal mövqelərinin adları Əlavə ölçü vahidi Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)
1 2 3 4
0701 Təzə və ya soyudulmuş kartof:    
0701 10 000 – toxumluq:    
0701 10 000 1 – – mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə 0
0701 10 000 9 – – digər aylar üzrə 15
0701 90 – digər:    
0701 90 100 0 – – nişasta istehsalı üçün 15
  – – digər:    
0701 90 500 0 – – – təzə, yanvarın 1-dən iyunun 30-dək 30
0701 90 900 0 – – – digər 30
Son xəbərlər
Digər xəbərlər