9 C
Baku
Thursday, December 12, 2024

Salvador Dali-nin hiyləsi

Salvador Dali çox tez-tez öz yaxın dostlarını və tanışlarını yığaraq böyük bir qrup ilə bir restorana gedər və bütün gecə boyu onları öz sevimli yeməkləri və içkilərinə qonaq edərdi. Gecənin sonunda hesabı ödəmək vaxtı çatdıqda o səxavətlə bir çek imzalayırdı və daha sonra… Daha sonradan çeki o biri tərəfinə çevirər və orada restoran sahibinə bir-iki səmimi tərif yazardı. Onun hiyləsi çox sadə idi: Dali öz məşhurluğunu bilərək əmin idi iki, restoran sahibi heç bir halda üzərində dünyaca məşhur bir insanın imzasının olduğu çeki nağdlaşdırmağa qərar verməyəcək. Bu da adətən elə belə də olurdu: restoran sahibləri çox yaxşı başa düşürdülər ki, onlar zamanla bu adi çekdə yazılmış məbləğdən daha çox əldə edə bilərlər. Çünki çekin digər üzərində dahi bir rəssamın ürək sözləri var idi və zamanla bu çekdəki məbləğdən qat-qat artıq məbləğ edəcəkdi. Rəssam restoran sahiblərinin niyyətini çox yaxşı bilirdi, lakin bununla belə bir xeyli qənaət etmiş olurdu.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.