“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi və ölkənin ilk aşağı büdcəli aviaşirkəti – “Buta Airways” vətəndaşlara müraciət edib.
Müraciətdə Bakı-İstanbul marşrutu üzrə aviareyslərin sayının artırıldığı bildirilir:
“Noyabrın hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri üçün İstanbulun (Türkiyə) Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçirilən reyslərin sayını 2-yə qaldırırıq. Aviabiletləri elə indicə 29 avrodan başlayan qiymətlərlə saytımızdan əldə edin”, – deyə müraciətdə qeyd olunub.