Hər birimiz qadın dəbi, kosmetikası, jurnalı, ədəbiyyatı haqqında anlayışa sahibik. Sırf qadınlar üçün nəzərdə tutulmuş avtomobil markaları , sürücülük məktəbləri, qadın peşələri var. Dünyada bir çox şey var ki, xüsusi olaraq qadınlar üçün nəzərdə tutulub.
Bəs qadınlar üçün sığorta mövcuddurmu?
Sığorta şirkətləri də qadınlar və kişilər arasındakı bu fərqi nəzərə almaya bilməzdilər və belə şirkətlər yalnız qadınlar üçün nəzərdə tutulmuş sığorta məhsulları yaradırlar.
Qadınlar, avtomobillərinizi sığortalayın!
Statistika belə iddia edir ki, avtomobil qəzalarının cəmi 22%-i qadınların iştirakı ilə baş verir. Bu qəzaların isə yalnızca 9%-i ölümlə nəticələnib.
AIG Israel şirkəti “Lady AIG” proqramını yaratmışdır. Bu proqrama görə qadınlar üçün avtomobillərin sığortalanması tarifi kişilər üçün nəzərdə tutulmuş tariflərdən 35% ucuzdur.
İndi isə əlavə xidmətlərdən danışaq. Məlumdur ki, qadınlar yolda təkər dəyişmədə əziyyət çəkirlər. Şirkətin onlara təklif etdiyi xidmət demək olar ki, bütün qadınlara sərf edirdi.
Qonşu Rusiyadada bir neçə belə məhsul vardır. Misal üçün:
“Chercher la femme” – “Guta sığorta” öz proqramını sadəcə belə adlandırdı. Bu proqrama görə şirkət qadınlar üçün tarifləri 2002-2007-ci il buraxılışlı əcnəbi avtomobillər üçün 8% endirmişdir.
РОСНО-da hər şey daha sadədir. Bu şirkətin təqdim etdiyi proqram “РОСНО lady” adlanır. Düzdür, bu proqram zəngin və cəlbedici “sarışın” qadınlar üçün nəzərdə tutulub.
Bu proqramdan isə qiyməti 12 min dollardan ucuz olmayan avtomobilə sahib qadınlar istifadə edə bilər. Bu qadınlar isə 25-50 yaş arasında olmalıdırlar.
“Русский Ллойд” proqramının isə şərtləri belədir: 5 yaşa qədər olan və qiyməti 12 min dollardan ucuz olmayan əcnəbi maşınlar olmalı, qadın sürücülərin yaşı 22-dən çox olmalı və 2 illik sürücülük qabiliyyətinə sahib olmalıdırlar. Yalnız bu şərtlərə cavab verən qadın sürücülər sığortalanır.
«РЕСО-гарантия» şirkəti isə bəzi müvinətlər həyata keçirir. Şirkət 5 ildən az sürücülük təcrübəsi olan qadınları təhlükəli sürücülər hesab edir.
Qadınlar və həyat sığortası.
Burada maraqlı bir sual yaranır. Hər kəs bilir ki, qadınlar kişilərdən daha çox yaşayır, lakin onların yaşadıqları həyatdırmı?
Amerikada sığorta agentləri belə bir fikir səsləndirir:
“Siz əminsiniz ki, sizin dul qalmış qadınınız həyat yoldaşınızdan daha yaxşı geyinəcək?”.
“Heç bir dul qadın həyat yoldaşının sığortaya çox pul yatırmasına təəssüf etməyib”.
Qadınlar üçün əmanət proqramları baha başa gəlir. Lakin bununla yanaşı, kişilərin həyatlarında riskli hadisələr daha çox üstünlük təşkil edir. Həyat insana bir dəfə verilir, bu səbəbdən də həyatınızı sığortalayaraq zəmanət altına alın.