7 C
Baku
Thursday, December 12, 2024

Dünyaya meydan oxuyan kibercinayətkar məlum oldu

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyadan olan proqramçı Pak Jin Kyok barəsində sanksiyalar qəbul edib.

“Reuters”ə istinadən, habelə Pak Jin Kyokun çalışdığı “Chosun Expo Joint Venture” şirkətinə qarşı sanksiyalar qəbul olunub.

ABŞ hökumətinin məlumatına görə, məhz Pak Jin Kyok 2017-ci ildə WannaCry kompüter virusunun dünyada yayılmasına və 2014-cü ildə “Sony” şirkətinə qarşı kiber hücuma görə məsuliyyət daşıyır.

ABŞ Maliyyə Nazirliyi hesab edir ki, Pak Jin Kyok və “Chosun Expo Joint Venture” şirkətinin Şimali Koreya ilə bağlılığı var. Ötən il onun təşkil etdiyi kiber hücum nəticəsində 150 ölkədə kompüterlər sıradan çıxıb. Koreyalının əməlləri sayəsində ayrı-ayrı ölkələrə ümumilikdə 1 milyard dollar ziyan dəyib.

– Oxu.az

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər