3 C
Baku
Saturday, December 14, 2024

Əsəblərinizi cilovlamağı bacarın

10 dəqiqəlik gəzintiyə çıxın. Bu bədənin dincəlməsinə və narahatlığa səbəb olan gərginlikdən azad olmağa kömək edəcək.

Əsəbləri sakitləşdirən və yaxud ən çox sevdiyiniz musiqiyə qulaq asın. Bu sizi əsəbləşdirən fikirlərdən uzaqlaşmağa kömək edəcək.

Öz keçmişiniz haqqında danışmaqdan əl çəkin. Əgər bu sizdə asanlıqla alınmırsa, hər hansı bir mütəxəssisdən kömək istəyin. Real həyatla yaşayın, keçmişi unudun.

Yavaş-yavaş nəfəs alın. Bununla sizi narahat edən gərginlikdən daha asan qurtulacaqsınız.

Özünüzü qoruyun! Özünüzü söymək və tənqid etmək yalnızca stressə gətirib çıxaracaq.

Gərgin əsəb hiss etdiyiniz an yatın. İstirahət bədəninizin qeydinə qalmaq üçün vacibdir.

Çünki siz yorğunluq hiss etdikdə, gərgin və əsəbi olursunuz. Bu da sağlamlıqda problemlərə gətirib çıxarır.

Kofeindən uzaq olun. Kofein gərginliyi stimullaşdıran ən güclü təsirlərdəndir.

Tələsməyin. Bu pis vərdişdir və gələcəkdə problemlərə səbəb ola bilər.

Həddindən artıq gərgin və yüklənmiş işdən uzaq olun. Ailə iş arasında zamanı balansda saxlamağa çalışın.

Kömək istəyin. Ola bilsin ki, yaxın dostlarınızdan və ailənizdən aldığınız məsləhətlər sizə çox kömək olsun.

Nə isə əyləncəli, şən işlərlə məşğul olun. Yumor həmişə stresslə mübarizə aparmağa ən yaxşı üsul hesab edilib.

Bu günlə yaşayın və sabahınızı planlaşdırın. Özünüzü hələ gözləməli olan qayğılarla və tapşırıqlarla yükləməyin.

Gündəlik tutun. Gündəliyin vərəqlərində öz düşüncələrinizi və hisslərinizi həkk etməklə, siz problemlərə sizi tez tərk etməyə məcbur edəcəksiniz.

Daha çox gülün və təbəssüm edin. Bu dincəlmək üçün ən yaxşı təcrübədir. Üzünüzdə təbəssüm yaradacaq filmlərə, şoulara baxın, əyləncə klublarına səfər edin.

Optimist olun! Mənfi emosiyaları, mənfi əhvalı özünüzdən uzaqlaşdırın.

İdeal olmağa çalışmayın. Heç vaxt heç nə ideal olmayacaq. Bu sadəcə sonda stressə aparan yalan gözləntilərə səbəb olur.

“Hər şeyi idarə etməyə çalışmaq” xasiyyətinizi tərgidin. Rahatlaşmağa çalışın və edə bildiyiniz nə varsa onu edin.

Son xəbərlər
Digər xəbərlər