2 C
Baku
Sunday, December 15, 2024

2018-ci ildə qlobal smartfon bazarında azalma qeydə alınacaq

“Strategy Analytics” tədqiqat şirkəti qlobal smartfon bazarı üzrə proqnozunu yenidən nəzərdən keçirib. Analitiklər indi satışların artması əvəzinə, azalma olacağını proqnozlaşdırıblar və hesab edirlər ki, gələn il smartfon bazarında artım qeydə alınacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Strategy Analytics”in saytında dərc edilmiş xəbərə əsasən, 2018-ci ildə qlobal smartfon bazarının həcmi qurğuların yenilənməsi dövrünün uzunmüddətli olması, qiymət artımı, Çin və ABŞ-da tələbatın olmaması, həmçinin iqtisadi problemlər səbəbindən azalacaq.

Mütəxəssislər satış həcminin azalması tempini dəqiqləşdirmirlər. Onların əvvəlki qiymətləndirməsinə görə, bu il istehsalçılar ümumilikdə təxminən 1,49 milyard smartfon tədarük edəcəklər ki, bu da ötənilki göstəricidən 1,4% çoxdur.

Son xəbərlər
Digər xəbərlər