24 C
Baku
Friday, September 27, 2024

Banklarımızdan sevənlərə hədiyyə!

Bildiyiniz kimi, 14 fevral dünyada sevgililər günü kimi qeyd edilir.  Bu bayram isə sevgililər üçün fərqli bir gündür, çünki adı üstündə məhz sevgililərin günüdür. Bayram günü isə sevgililər bir- birindən hədiyyə gözləyirlər. Bu səbəbdən də belə bir  gündə banklarımız sevgililəri hədiyyəsiz qoymadı.

Belə ki, ölkəmizdə 3 bank- Bank Of Baku və Unibank və Yapı Kredi Bank sevgililər üçün kampaniyaya start verdilər.

post (2)Belə ki, 14 fevral Sevgililər günü ilə əlaqədar “Bank of Baku” Bolkart sahibləri üçün “Sevgi dolu kampaniya elan edir. Yalnız bir gün, 14 fevral tarixində Bolkart sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 14 ay ərzində bərabər hissələrlə ödəmək imkanı qazana bilərsiniz.

Beləliklə, Bolkart sahibi olan sevgililər 3, 6 və ya 12 ay ödənişli mağazada 14 fevral tarixində alış-veriş etdikləri təqdirdə, malın dəyərini 14 aya bölüb ödəyəcəklər. Bu kampaniya yalnız 1 aylıq ödəmə müddətli mağazalara şamil edilmir.albali-2014 (1)

Eləcə də, Unibank Albalıdan 14/14 kampaniyasına start verib. Yalnız bir gün- 14 fevralda ALBALI kartla 3 ay və daha uzun müddətə edilən alış-verişin dəyərini  14  aya  ödəyin.

Sevgililərə hədiyyə edən növbəti Bank isə Yapı Kredi Bankdır. Belə ki,  16 fevrala qədər Worldə Üzv geyim,aksesuar və parfümeriya mağazalarında Worldcardla 30 AZN üzəri hissə-hissə alış-verişləri əlavə 3 hissəyə ödəyə biləcəksiniz.

CapturewgKampaniya 7-16 fevral 2014-cü il tarixlərində World Üzv Ticarət Obyekti geyim, parfümeriya və aksesuar mağazalarında Yapı Kredi POS terminallarından 30 AZN üzəri edilən hissə-hissə əməliyyatlarda keçərlidir. Kampaniyaya Worldcard Business, Virtual Kart və PulKart daxil deyildir. Ticarət obyektlərində hissə-hissə satış zamanı alınan mal və xidmətlərin Worldcard-la alış qiymətləri fərqlənə bilər.

Siz də sevgilinizi hədiyyəsiz qoymayın və banklarımızın təqdim etdikləri kampaniyalardan faydalanın.

Biz də Banker.az adından butün sevənləri təbrik edir, onlara xoşbəxt həyat arzu edirik!

 

Son xəbərlər
Digər xəbərlər