-1 C
Baku
Sunday, December 15, 2024

Niyazi Bayramov daha bir əməkdaşı işdən çıxardı

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mütəxəssisi Aytəkin Məmmədova vəzifəsindən azad olunub.

Bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi İbrahimov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər