10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda səhm kapitalı milyon manata yaxın olan səhmdar cəmiyyəti yaradılıb

Vergilər Nazirliyi “Cəlilabad Dəmir Beton” ASC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Cəlilabad rayonu, Uzuntəpə kəndi, nizamnamə kapitalı 722 840 manat (hər birinin nominal dəyəri 2 manat olan 361 420 ədəd səhm), qanuni təmsilçisi isə Fəttah Məmməd oğlu Kərimovdur.

Maraqlıdır ki, yeni səhmdar cəmiyyəti bu il iyulun 25-də qeydiyyatdan keçsə də, bundan 20 gün əvvəl onun qiymətli kağızları Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Alternativ bazar seqmentində listinqə daxil edilib.

© Report

Son xəbərlər
Digər xəbərlər