9 C
Baku
Thursday, December 12, 2024

Mədəniyyət Nazirliyinin yeni tərkibi təsdiqləndi

Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı və yeni tərkibini təsdiq edib.

Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən, Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

  • Azərbaycan Respublikasının mədəniyyət naziri

Kollegiyanın üzvləri

  • Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
  • Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri
  • Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri
  • Mədəniyyət Nazirliyi Aparatının rəhbəri
  • Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi
Son xəbərlər
Digər xəbərlər