VTB sədri Andrey Kostin ABŞ valyutasından imtina üçün plan hazırlayıb.
Banker.az bu barədə Oxu.az-a istinad edir.
“İzvestiya” qəzetinə danışarkən bildirib ki, yol xəritəsi minimum üç genişmiqyaslı maddədən ibarətdir. Kostin, birinci addım kimi, digər ölkələrlə idxal-ixrac əməliyyatlarının başqa valyuta ilə həyata keçirilməli olduğunu deyib.
İkinci addım kimi, Rusiyanın nəhəng holdinqlərinin huquqi ünvanı dəyişdirilməlidir. “ABŞ-ın aprel sanksiyaları altına düşən həmkarlarımızdan başa düşdük ki, başqa ölkədə qeydiyyatdan keçmək gələcək planların icrasını çətinləşdirir”, – o deyib.
Üçüncü maddə kimi, Kostin Rusiyanın avroistiqrazlara ehtiyacını göstərib.
2017-ci ilin oktyabrında sabiq maliyyə naziri Aleksey Kurdin bəyan edib ki, ABŞ sanksiyaları beynəlxalq hesablaşmalarda rublun istifadəsinə imkan yaradacaq.