6 C
Baku
Sunday, December 15, 2024

Hüquqşünas köməkçisi (Bakı) – “Vijn Fond AzərKredit” MMC

BOKT “Vijn Fond AzərKredit” MMC Hüquqşünas köməkçisi (Bakı) vəzifəsinə işçi qəbulunu elan edir.

BOKT “Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir.
İş yeri uğurlu namizədlərin yaşayış yerindən asılı olaraq AzərKredit təşkilatının Bakı filialında olacaq.
 Əsas vəzifə və öhdəlikləri:
  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
  • Müştərilərlə müvafiq kommunikasiyaların aparılması.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
  • Ali təhsil;
  • Hüquq sahəsində iş təcrübəsi olması vacib deyil.
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq  26 sentyabr 2018-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Hüquqşünas köməkçisi  / www.azerjobs.com’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]                                                           www.azercredit.az
Son xəbərlər
Digər xəbərlər