11 C
Baku
Monday, November 25, 2024

Dünya bazarında qızılın qiyməti qalxır

Dünyada olduğu kimi, ölkəmizdə də qızıla hər zaman təlabat böyük olub.  Hədiyyə almaq və ya pulunu qızıla dəyişmək istəyənlər qızılın qiymətləri ilə çox vaxt maraqlanırlar.

Son zaman qızılın qiyməti dünya bazarında qalxıb.

Ekspertlər qeyd edirlər ki,  qızılın qiymətinin artmasının əsas səbəbi 2009 və 2010-cu ildə baş verən  kəskin artımlar səbəb ola bilər.  2012–ci ildə isə qızılın qiyməti daha yüksək həddə çatmışdır.

Dünya bazarında hətta endirimlərdən sonra belə qızılın indiki qiyməti qlobal maliyyə böhranı başlanan zaman qiymətlə müqayisədə daha çoxdur.

Digər səbəblərdən biri də qızıla investisiyanın azalması, həmçinin Hindistan və Yaxın Şərqdə olan sifarişlərin azalmasıdır.

Belə ki, dünya bazarında bu gün qiymətli metalın 1 unsiyası, yəni 31 qramı 1 305.48 $ təşkil edir. Bununla da 1 qram qızılın qiymətinin 43 dollara və ya 58 AZN çatması deməkdir.

Son xəbərlər
Digər xəbərlər