28 C
Baku
Tuesday, April 30, 2024

MBNP-dən açıqlama: Azərbaycan bankları mənfəətlə işləyir

Azərbaycanın bankkları bu ilin yanvar-avqust aylarını 103,8 mln. manat xalis mənfəət edib.

Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin avqustun 1-nə olan hesabatında deyilir.

Məlumata görə, yanvar-iyul aylarının yekunu ilə müqayisədə 71,6 mln. manat artıb. İlin ilk8 ay ərzində bank sektorunun faiz gəlirləri 1 138,4 mln. manat, faiz xərcləri 394,1 mln. manat, qeyri-faiz gəlirləri 347,8 mln. manat, qeyri-faiz xərcləri isə 651,2 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 441 mln. manat olub.

Banklar bunun 316,4 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar, digər mənbələrdən 0,7 mln. manat gəlir əldə ediblər, 21,5 mln. manat mənfəət vergisi ödəyiblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər