15 C
Baku
Tuesday, April 30, 2024

İsveçrə milli kripto- valyutasını buraxacaq

İsveçrə, İsveçrə frankı tərəfindən dəstəklənən steyblkoin buraxacaq

İsveçrə, ABŞ dolları və neftlə dəstəklənən USDT və El Petro kimi fiat aktivləri ilə təmin edilmiş milli sabit kripto valyuta yaratmağı planlaşdırır.

Steyblkoinlərin  yaradılması artıq kripto-valyuta sektoru üçün normal hala gəlib. Bir çoxları sabit kripto valyutanın rəqəmsal aktivlərin üstünlüklərini birləşdirdiyinə inanırlar, eyni zamanda, onların əsas zəifliyi – qiymətin dəyişkənliyidir.

Dünyadakı ən məşhur steyblkoin olan Tether (USDT), az bir yerdə tətbiq edilir və şübhəli bir şöhrətə malikdir, lakin hələ də sənayedə mühüm rol oynayır.

Ancaq, İsveçrə kripto -icması tezliklə USDT-dən daha geniş funksiyalı İsveçrə frankı tərəfindən dəstəklənən təhlükəsiz steyblkoini əldə edə bilər.

Kripto valyutanı real iqtisadiyyata inteqrasiya etmək üçün, tamamilə İsveçrə frankı tərəfindən təmin edilmiş bir tokenin buraxılması planlaşdırılır. Fiat aktivlər kağız banknot şəklində İsveçrə banklarında və xəzinələrdə saxlanılacaq.

Yalnız lisenziyalı və ən yaxşı 10 İsveçrə bankına daxil olan maliyyə institutları ilə işləmək sayəsində auditi manipulyasiya etmək imkanı yox olmalıdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər